BANK

13 İyun

Əmanətin 70%-dək hissəsi indi kredit şəklində geri alına bilər

Bank Respublika müştərilərinə əmanət təminatı ilə sərfəli şərtlərlə nağd kredit təklif edir.

Finss.az xəbər verir ki, kreditin məbləği müştərinin Bank Respublika-da yerləşdirdiyi depozitin 70%-dək hissəsini əhatə edir. Müddət əmanətin bitmə tarixinə uyğun hesablanır. İllik faiz dərəcəsi isə AZN üzrə əmanət faizinə əlavə 5%, USD üzrə isə əlavə 3% təşkil edir. Rəsmiləşdirmə zamanı maksimum 1%-dək komissiya tətbiq edilir.

Müştərilər kredit ödənişini annuitet qaydada və ya əsas borcu müddətin sonunda ödəməklə həyata keçirə bilərlər.

Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/loans-for-individuals/emanet-teminati-ile-kredit

Fuad Mədətov
Finss.az