BANK

13 İyun

Aqro və kiçik biznes sahələrinə 48 aya qədər kreditlər verilir

Bank Respublika ASC-nin Mikro və Aqro krediti kiçik və orta biznes sahiblərinə dəstək məqsədi ilə təqdim olunur.

Finss.az xəbər verir ki, kredit məbləği 500 AZN-dən başlayaraq 100 000 AZN və ya 10 000 ABŞ dollarına qədər ola bilər. Kredit müddəti 48 aya qədərdir və faiz dərəcəsi 10%-dən başlayır. Komissiya 0%-dən 1.5%-ə qədər dəyişə bilər.

Kreditin güzəşt müddəti 12 ayadək təklif olunur, bu müddət şirkətin strukturundan və kredit növündən asılı olaraq fərqli ola bilər. Təminat paketləri kredit məbləğindən, şirkətin strukturundan və müştərinin reytinqindən asılı olaraq müxtəlif formalarda təqdim edilir. Təminat kimi zaminlik, qızıl, daşınmaz əmlak (yaşayış və qeyri-yaşayış sahələri), nəqliyyat vasitələri, depozit, ev əşyaları, dövriyyə malları və əsas vəsaitlər qəbul edilir.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində fəaliyyət göstərən bizneslər üçün uyğundur. Ödəniş şərtləri müştərinin istəyinə və biznesin xüsusiyyətlərinə uyğun olaraq sərbəst qrafiklə və ya annuitet (hər ay bərabər ödəniş), yaxud azalan ödəniş üsulu ilə təklif edilə bilər.

Digər üstünlüklər arasında paralel kreditlər imkanı, kredit üzrə limit, kreditin tranşlarla verilməsi və 1-2 gün ərzində kreditə dair qərarın verilməsi yer alır. FİFD göstəricisi minimum 10% və maksimum 27.1% arasında dəyişir. Kredit sifarişini onlayn da etmək mümkündür.

Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/loans-for-individuals/mikrokredit_688

Fuad Mədətov
Finss.az