Bank Respublika ASC 200 AZN-dən başlayaraq 50 000 AZN-dək nağd istehlak kreditlərini təqdim edir.
Finss.az xəbər verir ki, kredit müddəti 3 aydan başlayaraq maksimum 59 aya qədərdir.
Faiz dərəcəsi illik 10%-dən başlayır. Kreditə zəmanət olaraq 40 000 AZN-dək zaminsiz kredit imkanı mövcuddur. Komissiya minimum 1% təşkil edir.
Fəaliyyət üzrə illik faiz dərəcəsi (FIFD) 14.8%-dən 26.3%-ə qədər dəyişir.
Krediti onlayn sifariş etmək mümkündür.
Ətraflı məlumat üçün: //www.bankrespublika.az/az/loans-for-individuals/nagd-pul-krediti
Fuad Mədətov
Finss.az