“Azər-Türk Bank” ASC Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə “MİDA” MMC xətti üzrə güzəştli ipoteka kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, kreditin maksimal məbləği 100 000 AZN, müddəti 30 il, illik faiz dərəcəsi 4% təşkil edir. İlkin ödəniş məbləği isə 10% müəyyən olunub.
Güzəştli ipoteka kreditindən yararlanmaq istəyən şəxslər bankın filiallarında və ya rəsmi sayt vasitəsilə müraciət edə bilərlər. Kredit Azərbaycan manatı ilə verilir və əsasən yaşayış sahələrinin əldə edilməsi üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün: //atb.az/mida/
Fuad Mədətov
Finss.az