BANK

13 İyun

Əmanətə toxunmadan 90%-dək kredit imkanı təqdim olunur

“Azər-Türk Bank” ASC mövcud əmanətçilər üçün yeni, əlverişli təminatlı kredit xidmətini təqdim edir.

Finss.az xəbər verir ki, bankda əmanəti olan müştərilər, həmin vəsaitin 90%-dək hissəsi qədər sürətli və təminatlı kredit əldə edə bilirlər.

Kredit məhsulunun əsas şərtləri belədir:

  • Kredit məbləği: Əmanət məbləğinin 90%-dək
  • İllik faiz dərəcəsi: Əmanət üzrə faiz + 3%
  • Komissiya xərcləri: Nağd kredit üçün 1%, kredit xətti üçün 0%
  • Rəsmiləşdirmə: Kredit bank filiallarında sürətli şəkildə rəsmiləşdirilir
  • Təhlükəsizlik: Əmanət təminat rolunu oynayır və kredit ayrılmasına zəmanət verir

Bu kredit növü, xüsusilə öz əmanətinə toxunmadan maliyyə ehtiyacını qarşılamaq istəyənlər üçün rahat və sərfəli seçim sayılır. Əlavə məlumat və ətraflı tariflər üçün “Azər-Türk Bank”ın filiallarına yaxınlaşmaq və ya rəsmi veb saytına müraciət etmək tövsiyə olunur.

Ətraflı məlumat üçün: //atb.az/emanet-kredit/

Fuad Mədətov
Finss.az