“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC tərəfindən Qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar olunub.
Finss.az xəbər verir ki, müvafiq pozuntu halı ilə əlaqədar “Katech” QSC barəsində “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər Mərkəzi Bank tərəfindən görülmüş, o cümlədən “Katech” QSC-yə ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.
Fuad Mədətov
Finss.az