BANK

12 İyun

Təminatlı kredit: Daşınmaz əmlak və ya depozit əsasında yüksək məbləğli maliyyələşmə imkanı

AccessBank, daşınmaz əmlak və ya depozit təminatı ilə müştərilərinə 10.000 AZN-dən 70.000 AZN-ə qədər məbləğdə təminatlı nağd kredit təqdim edir. Sərt girov əsasında verilən bu kreditlər üçün minimum müddət 12 ay, maksimum 59 ay nəzərdə tutulub.

İllik faiz dərəcəsi 18%-dən, komissiya isə cəmi 1%-dən başlayır. Ödənişlər annuitet sxemlə, yəni bərabər hissələrlə həyata keçirilir. Faktiki illik faiz dərəcəsi (FİFD) isə minimum 19.9% təşkil edir.

Əmlak təminatı kimi yalnız müştərinin və ya birinci dərəcəli qohumunun adına olan daşınmaz əmlak qəbul olunur. Kredit məbləği və hesablanacaq bütün faizlərin cəmi isə girov əmlakın bazar dəyərinin 65%-ni keçməməlidir.

Alternativ olaraq, depozit əsasında təminatlı kredit də təklif olunur. Bu halda minimal kredit məbləği 300 AZN və ya USD təşkil edir. Kredit əmanətin 90%-dək hissəsini əhatə edə bilər, komissiya isə kredit məbləğinin 1%-i miqdarında müəyyən olunur.

Depozit əsasında verilən kreditlər üçün müddət minimum 3 ay, maksimum 36 ay, yaş həddi isə minimum 18 olaraq müəyyən edilib. Kredit AZN valyutasında verilərsə, əmanətin illik faizinə 6%, USD valyutasında verilərsə, 3% əlavə olunur. Bu kreditlərin FİFD-i 3.1%-dən başlayaraq 18.73%-dək dəyişir.

AccessBank-ın təminatlı kredit məhsulu – daha yüksək məbləğlər, daha sərfəli şərtlərlə maliyyə ehtiyaclarınız üçün güvənli həll yoludur!

Ətraflı məlumat üçün: //www.accessbank.az/az/private/kredit/

Fuad Mədətov
Finss.az