BANK

12 İyun

Gündəlik alış-verişlər üçün 10 000 manatadək kredit limiti olan kart təklif olunur

Yelo Bank müştərilərə gündəlik alış-verişlərini daha rahat həyata keçirmək üçün 10 000 manatadək kredit limiti olan Yelo kredit kartını təqdim edir. Kart vasitəsilə edilən ödənişləri 24 ayadək hissələrlə ödəmək mümkündür.

Kartın istifadə müddəti 5 il, kreditin ümumi müddəti isə 48 ay təşkil edir. Müştərilər 70 günədək güzəşt dövründən yararlanaraq bu müddət ərzində əlavə faiz ödəmədən alış-verişlərini tənzimləyə bilirlər.

Kredit kartı yalnız AZN valyutasında rəsmiləşdirilir və minimum məbləğ 400 manat olmaqla, maksimum 10 000 manatadək təklif olunur.

Yelo Bank bu məhsulu ilə müştərilərə həm çevik maliyyə idarəetməsi, həm də uzunmüddətli rahatlıq vəd edir.

Ətraflı məlumat üçün: //www.yelo.az/az/individuals/cards/yelo-taksit-karti/

Fuad Mədətov
Finss.az