"Rabitəbank" ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən mənzillərin alınması üçün güzəştli ipoteka kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, kreditdən yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan və mənzili həmin sistem vasitəsilə seçən şəxslər yararlana bilər.
Bu imkandan şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi və Milli Qəhrəmanlar, məcburi köçkünlər, elmi dərəcəyə və xüsusi xidmətlərə malik şəxslər, dövlət qulluğunda və təhsil sistemində çalışanlar daxil olmaqla bir sıra kateqoriyaya aid vətəndaşlar faydalana bilirlər. Güzəştli kreditin məbləği 100.000 manatadəkdir, illik faiz dərəcəsi 4%, minimal ilkin ödəniş isə 10% təşkil edir.
Kredit yalnız Azərbaycan vətəndaşlarına təqdim olunur və mənzil ARİKZF tərəfindən təsdiqlənmiş siyahıya uyğun qiymətləndirilməlidir. Qeyd olunub ki, güzəştli ipoteka hüququndan yalnız bir dəfə istifadə etmək mümkündür.
Ətraflı məlumat üçün: //www.rabitabank.com/ferdi/kredit-sifarisi-kreditler/mida-xetti-ile-guzestli-ipoteka
Fuad Mədətov
Finss.az