Bank of Baku müştərilərinə avtomobil əldə etmək imkanı verən yeni kredit məhsulu təklif edir.
Finss.az xəbər verir ki, kreditin məbləği 500 AZN-dən 50 000 AZN-dək müəyyən olunub, müddəti isə 6 aydan 36 ayadəkdir. İllik faiz dərəcəsi minimum 15%, faktiki illik faiz dərəcəsi (FİFD) isə 15.71%-dən başlayır. Komissiya haqqı 1% (minimum 15 AZN) təşkil edir.
Kredit aylıq annuitet ödəniş sistemi ilə verilir. İlkin ödəniş avtomobilin dəyərindən asılı olaraq dəyişir: 30 000 AZN-dən aşağı avtomobillər üçün minimum 50%, daha yüksək qiymətə olan avtomobillər üçün isə minimum 40% ilkin ödəniş tələb olunur.
Kreditə müraciət edə biləcək şəxslər sırasında dövlət və özəl sektorda çalışan əməkdaşlar, təqaüdçülər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər yer alır. Yaş məhdudiyyəti 20-dən 70-ə qədərdir.
Sənəd tələblərinə şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və partnyor tərəfindən təqdim olunan avtomobil sənədləri daxildir. Kreditin təminatı rolunda alınan avtomobil çıxış edir, fərdi hallarda isə əlavə zaminlik tələb oluna bilər.
Ətraflı məlumat üçün: //www.bankofbaku.com/az/kreditler/nagd-pul-krediti/130
Fuad Mədətov
Finss.az