BANK

11 İyun

5 ilə qədər ipoteka krediti: İllik faiz 13,9%-dən başlayır

Ziraat Bank Azərbaycan ASC-nin ipoteka krediti proqramı çərçivəsində vətəndaşlar daşınmaz əmlak – mənzil, fərdi yaşayış və ya bağ evi əldə etmək üçün 60 aya qədər müddətə, illik minimum 13,9% effektiv faizlə kredit əldə edə bilərlər. Kredit yalnız Azərbaycan Respublikası vətəndaşları və ölkədə yaşayış icazəsi və rəsmi iş yeri olan Türkiyə Respublikası vətəndaşları üçün nəzərdə tutulub.

Finss.az xəbər verir ki, kreditin məbləği, alınacaq əmlakın ekspert dəyərinin 70%-nə qədər müəyyən edilə bilər və kredit AZN valyutası ilə təqdim olunur. Borcalanın yaşı minimum 22 olmalı və kredit müqaviləsi təqaüd yaşına qədər bağlanmalıdır. Təminat kimi alınacaq daşınmaz əmlak ipoteka predmetinə çevrilir. Yeni tikililərdə yerləşən mənzillər üçün isə borcalanın və ya üçüncü şəxsin digər daşınmaz əmlakı təminat qismində təqdim edilə bilər.

Bank həmçinin müştərilərə həyat sığortası əldə etməyi tövsiyə edir. Bu sığorta növü vəfat və əmək qabiliyyətinin itirilməsi kimi hallarda borcalanın banka olan kredit öhdəliklərinin qarşılanmasını təmin edir. Müvafiq hallarda sığortaçı borcun ödənişini banka təqdim olunan müqavilə şərtləri çərçivəsində həyata keçirir.
Sığorta qaydaları ilə tanış olmaq üçün keçid: //e-qanun.az/framework/56958

Ətraflı məlumat üçün: //ziraatbank.az/az/ipoteka-krediti

Fuad Mədətov
Finss.az