BANK

11 İyun

“PAŞA Bank” Qarabağ və Şərqi Zəngəzur layihələrinə ayırdığı vəsaiti açıqlayıb

“PAŞA Bank”ın Qarabağ və Şərqi Zəngəzurda inkişaf və infrastruktur yatırımları üzrə göstəriciləri məlum olub.

Finss.az xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın ötən ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, 2021-ci ildən bu günə qədər Qarabağ regionunda fəaliyyət göstərən tərəfdaş şirkətlər tərəfindən ümumilikdə 5 milyard manat dəyərində müqavilə imzalanıb.

"Bu layihələr çərçivəsində “PAŞA Bank” tərəfindən ümumilikdə 300 milyon manat məbləğində maliyyələşmə təmin edilib. Bu vəsaitin 200 milyon manatını qeyri-nağd öhdəliklər (zəmanət və təminatlar), 100 milyon manatını isə nağd maliyyələşmə (kredit, kredit xətləri) təşkil edib.

Məlumata görə, qeyri-nağd öhdəliklər layihələrin icrası zamanı zəmanət və təminat mexanizmləri vasitəsilə təqdim olunub. Eyni zamanda qeyd olunub ki, bəzi iri layihələrdə birbaşa qarantiya tələb edilməsə də, subpodratçılar vasitəsilə bankın dolayı maliyyə dəstəyi təmin olunub".

C.Quliyev qeyd edib ki, turizm və xidmət infrastrukturunun maliyyələşdirilməsi – mədəni və tarixi əhəmiyyətə malik bölgələrdə biznes mühitinin bərpasına və regional iqtisadi aktivliyə töhfə verir.

Fuad Mədətov
Finss.az