BANK

11 İyun

“PAŞA Bank”ın kredit portfelinin sektorlar üzrə bölgüsü AÇIQLANIB

2024-cü il ərzində “PAŞA Bank”ın kredit portfeli təqribən 3 milyard 470 milyon manat təşkil edib.

Finss.az bankın illik hesabatına əsasən xəbər verir ki, bu portfelin ən böyük hissəsi – 1 milyard 573 milyon manat və ya 45,3 faizi ticarət və xidmətlər sektoruna yönəldilib.

Kreditlərin 428,9 milyon manatı (12,4%) fiziki şəxslərə, 399,5 milyon manatı (11,5%) nəqliyyat və telekommunikasiya sektoruna, 333,1 milyon manatı (9,5%) enerji sahəsinə, 268,8 milyon manatı (7,7%) istehsal sektoruna, 161,8 milyon manatı (4,7%) tikinti, 151,9 milyon manatı (4,4%) isə kənd təsərrüfatı və yeyinti sənayesi sektoruna verilib.

Bundan əlavə, kredit portfelində 99,4 milyon manat (2,9%) BOKT-ların, 47,5 milyon manat (1,4%) dağ-mədən sektorunun, 5,5 milyon manat (0,2%) isə digər sahələrin payına düşüb.

Fuad Mədətov
Finss.az