“TuranBank” ASC “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) ilə birgə gənclər və sosial qruplar üçün xüsusi ipoteka kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, kredit məbləği maksimum 100 000 AZN olmaqla, yaşayış sahəsinin satış qiymətinin 90%-dən çox ola bilməz. Kredit müddəti 3 ildən 30 ilədək, illik faiz dərəcəsi isə 4% olaraq müəyyən edilib.
İlkin ödəniş minimum 10% təşkil edir. Kredit ödənişləri annuitet üsulu ilə həyata keçirilir.
Kredit almaq üçün borcalanların şəxsiyyət və digər hüquqi sənədləri, əmək müqavilələri, gəlir sənədləri və ipoteka predmeti ilə bağlı qiymətləndirmə aktı təqdim edilməlidir. Fərdi sahibkarlar üçün əlavə vergi və maliyyə sənədləri tələb olunur.
Kreditdən aşağıdakı kateqoriyaya daxil olan şəxslər istifadə edə bilər:
- Yaşı 35-dən aşağı gənc ailə üzvləri
- Şəhid, Vətən Müharibəsi Qəhrəmanı və Milli Qəhrəmanın övladları, ailə üzvləri
- Məcburi köçkünlər
- Dövlət qulluğunda 3 ildən çox iş təcrübəsi olanlar
- Müəllimlər, elmi işçilər, jurnalistlər (müvafiq iş stajı ilə)
- İdman sahəsində yüksək nailiyyətləri olan şəxslər
- Hərbi xidmətdə və daxili işlər orqanlarında müəyyən müddət xidmət edənlər və digər müəyyən kateqoriyalar
Qeyd edək ki, güzəştli ipoteka kreditindən hər ailə və ya şəxs yalnız bir dəfə istifadə edə bilər.
Ətraflı məlumat üçün: //www.turanbank.az/az/pages/22/465
Fuad Mədətov
Finss.az