“TuranBank” ASC müştərilərinə geniş imkanlar təqdim edən kredit kartı məhsulu təklif edir.
Finss.az xəbər verir ki, kart 20 yaşdan 65 yaşadək olan şəxslərə təqdim olunur və minimum 500 AZN-dən, maksimum 5000 AZN-dək məbləğdə (ABŞ dolları ekvivalentində) rəsmiləşdirilə bilər. Kartın müddəti 24 ayadək nəzərdə tutulur.
İllik faiz dərəcəsi 24% təşkil etsə də, istifadə olunan məbləğ 30 gün ərzində tam şəkildə geri qaytarılarsa, həmin məbləğə faiz hesablanmır. Bu, kart sahiblərinə qısa müddətli istifadə zamanı əlavə xərclərdən yayınmaq imkanı verir.
Kredit kartının nağdlaşdırma komissiyası 1%, kart rəsmiləşdirilərkən isə 1% birdəfəlik komissiya tətbiq olunur. Kartın satış qiyməti standart kart üçün 10 AZN, Gold kart üçün isə 20 AZN-dir.
Kart təminatsız və ya zaminliklə təqdim edilir. Əgər təminatsız verildiyi halda, həyat sığortası tələb olunur. Aylıq ödənişlər üzrə faiz borcu hər ay ödənilməlidir, kredit borcu isə maksimum müqavilə müddətinin sonunadək bağlanmalıdır.
Müştərinin minimum aylıq xalis gəliri 500 AZN, həmçinin onun və zaminin son iş yerində əmək stajı ən azı 6 ay olmalıdır.
TuranBank-ın bu məhsulu onlayn kredit sifarişi, kart sifarişi və digər müasir xidmətləri ilə yanaşı, cashback, kommunal ödənişlər, valyuta əməliyyatları və filial-bankomat şəbəkəsi ilə də dəstəklənir.
Ətraflı məlumat üçün: //www.turanbank.az/az/pages/22/259
Fuad Mədətov
Finss.az