BANK

09 İyun

AMB yararsız və saxta pul nişanlarının dəyişdirilməsi üzrə 155,2 min əmanəti qəbul edib

2024-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəni, onun hüquq mühafizə orqanları ilə koordinasiyasını diqqət mərkəzində saxlayıb, 882 saxta pul nişanını tədavüldən çıxarıb.

Finss.az bu barədə AMB-yə istiandən xəbər verir ki, ötən il illi valyutada 379 ədəd (32 611 manat), xarici valyutada isə 503 ədəd saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib.

İl ərzində əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə AMB-nin Bakıda və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib, vətəndaşlardan 155,2 min ədəd (6,7 milyon manat) pul nişanı qəbul edilərək dəyişdirilib.

Fuad Mədətov
Finss.az