“TuranBank” ASC əmanətçilərə digər valyutada olan əmanətləri əsasında Azərbaycan manatı ilə kredit verilməsini təmin edir.
Finss.az xəbər verir ki, bankın yeni şərtlərinə əsasən, əmanət məbləğinin 50%-dək kredit almaq mümkündür və məbləğ həmin günün Mərkəzi Bankın rəsmi məzənnəsi ilə hesablanır.
Kreditin maksimum müddəti 1 il, illik faiz dərəcəsi isə əmanət faizi üzərinə 15% əlavə olunur. Kredit təminatı kimi əmanət əsasında verilən kredit annuitet üsulu ilə ödənilir.
Bank komissiyası isə 0.5% nağdlaşdırma komissiyasından ibarətdir.
Bu xidmət əmanətçilərə digər valyutada saxladığı vəsaitin bir hissəsini manatla kredit şəklində istifadə etməyə imkan yaradır.
Ətraflı məlumat üçün keçid: //www.turanbank.az/az/pages/22/246
Fuad Mədətov
Finss.az