BANK

04 İyun

Daşınmaz əmlak girovu ilə 75 000 manatadək ehtiyac krediti

“Azərbaycan Sənaye Bankı” ASC girovlu ehtiyac krediti üzrə yeni təkliflə çıxış edib.

Finss.az xəbər verir ki, bank fiziki şəxslərin maliyyə ehtiyaclarını qarşılamaq məqsədilə daşınmaz əmlak girovu əsasında maksimum 75 000 manatadək kredit təqdim edir. Kreditin müddəti 48 aya qədər, illik faiz dərəcəsi isə müştərinin statusuna və əmək haqqı müştərisi olub-olmamasına görə 13%-dən 17%-dək dəyişir.

Kredit üçün tələb olunan minimal aylıq gəlir 500 manat, iş stajı isə ən azı 6 ay müəyyən edilib. Müraciət edə biləcək şəxslərin yaşı 18-dən 65-ə qədər olmalıdır. Təminat kimi kredit məbləğinin azı 150%-i həcmində daşınmaz əmlak girovu tələb olunur, əlavə olaraq girov sahibinin zaminliyi də şərtdir.

Kreditləşmə zamanı müvafiq sığorta şərtləri də tətbiq edilir – girov əmlak sığortalanmalı və sığorta müddəti kreditin müddətinə uyğun olmalıdır. Kredit komissiyası isə məbləğin 0,5%-i həcmindədir.

Ətraflı məlumat üçün: //www.asb.az/az/kreditler/girovlu-ehtiyyac-krediti

Fuad Mədətov
Finss.az