Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına Expressbank tərəfindən təqdim olunan güzəştli (MİDA) ipoteka krediti vətəndaşlara 100 000 manatadək, 4% illik faizlə və 30 ilədək müddətə mənzil sahibi olmaq imkanı yaradır.
Finss.az xəbər verir ki, ilkin ödəniş isə minimum 10% təşkil edir.
Bu kreditdən istifadə etmək hüququ olanlar sırasında şəhid və Milli Qəhrəman övladları, məcburi köçkünlər, dövlət qulluqçuları, müəllimlər, idmançılar, jurnalistlər və elmi dərəcəyə sahib şəxslər yer alır. Həmçinin “Güzəştli mənzil” sistemində elektron kabineti olan və mənzil seçimi edən vətəndaşlar bu imkandan yararlana bilər.
Qeyd edək ki, güzəştli ipoteka kreditindən bir ailə və ya şəxs yalnız bir dəfə yararlana bilər.
Ətraflı məlumat üçün keçid: //www.expressbank.az/az/credit/mida-ipoteka
Fuad Mədətov
Finss.az