Yapı Kredi Bank Azərbaycan QSC hər kəsin öz evinə sahib olması üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) vasitəsilə ipoteka krediti təqdim edir. Bank bu məhsulu həm adi, həm də güzəştli şərtlərlə təklif edir.
Finss.az xəbər verir ki, ipoteka krediti üzrə maksimal məbləğ 150 000 AZN-dək müəyyən olunub. Kreditin müddəti adi ipoteka üçün 36 aydan 300 ayadək, güzəştli ipoteka üçün isə 36 aydan 360 ayadək nəzərdə tutulur.
Faiz dərəcəsi adi ipoteka üçün illik 8%, güzəştli ipoteka üçün isə 4% təşkil edir. Hər iki kredit növü üzrə ilkin ödəniş 20% həcmindədir. Ödənişlər annuitet üsulu ilə – aylıq bərabər hissələrlə həyata keçirilir.
Yapı Kredi Bank Azərbaycan qeyd edir ki, bu ipoteka məhsulundan yararlanmaq istəyən şəxslər bankın filiallarına müraciət edə və daha ətraflı məlumat əldə edə bilərlər. Krediti əldə etmək üçün müvafiq tələblərə cavab verən şəxslər İpoteka və Kredit Zəmanət Fondundan təsdiq almalı və bankın təqdim etdiyi sənədlərlə müraciət etməlidirlər.
Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/ipoteka-krediti-5
Fuad Mədətov
Finss.az