BANK

30 May

Kiçik və orta biznesin inkişafı üçün 7 milyon AZN-ə qədər kredit imkanları

Bank VTB (Azərbaycan) ASC kiçik və orta biznesin inkişafı üçün kreditlər təqdim edir.

Finss.az xəbər verir ki, kreditin maksimal məbləği 7 000 000 AZN-ə qədərdir və AZN ilə yanaşı RUB valyutasında da verilə bilər. Kredit müddəti 60 aya qədər müəyyən edilib. Faiz dərəcəsi 16%-dən 18%-ə qədər dəyişir, komissiya isə 0.25%-dən başlayır.

Kreditlər aşağıdakı məqsədlər üçün verilə bilər: dövriyyə vəsaitlərinin artırılması, müştərinin maliyyə-təsərrüfat xərclərinin maliyyələşdirilməsi, sənədli əməliyyatlarla bağlı hesablaşmalar, digər banklardakı borcların yenidən maliyyələşdirilməsi, əmlakın alınması, əsas fondların təmiri və tikintisi, yeni fəaliyyət xətlərinin inkişafı və biznesin genişləndirilməsi.

Güzəşt müddəti 12 aya qədərdir. Girov kimi daşınmaz əmlak, bank vekselləri, fərdi və hüquqi şəxslərin bankdakı əmanətləri, daşınan əmlak, avadanlıq və inventar əşyaları qəbul edilir.

Kreditlər birdəfəlik, bərpa olunan və bərpa olunmayan kredit xətti formasında verilə bilər. Bank VTB kiçik və orta sahibkarlara geniş çeşiddə maliyyə dəstəyi təklif edir.

Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/kicik-biznes-krediti/business-loans-1/

Fuad Mədətov
Finss.az