BANK

29 May

Adi ipoteka kreditləri 150,000 AZN-ədək, güzəştli ipoteka kreditləri 100,000 AZN-ədək verilir

“AFB Bank” ASC Azərbaycanda ipoteka kreditləri təqdim edir.

Finss.az xəbər verir ki, maksimal məbləğ adi ipoteka üçün 150 000 AZN, güzəştli ipoteka üçün isə 100 000 AZN-dir.

Adi ipoteka kreditlərinin illik faiz dərəcəsi 7%-dən 8%-ə qədər dəyişir. Güzəştli ipoteka kreditlərinin illik faiz dərəcəsi isə 3,7%-dən 4%-ə qədərdir.

Kreditlər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hesabına verilir.

Ətraflı məlumat üçün keçid: //afb.az/ipoteka-krediti

Fuad Mədətov
Finss.az