“AFB Bank” ASC müştərilərinə 10 000 AZN-dən 100 000 AZN-dək avtomobil krediti əldə etmək imkanı yaradır.
Finss.az xəbər verir ki, kredit yalnız milli valyutada – AZN ilə rəsmiləşdirilir və illik faiz dərəcəsi 14%-dən başlayır. Kreditin müddəti 3 aydan 60 aya qədər təyin olunur. Rəsmi gəliri olan 21-65 yaş arası şəxslər, minimum 6 ay iş stajı ilə müraciət edə bilərlər.
Elektrik mühərrikli, hibrid və daxili yanma mühərrikli avtomobillərə görə ilkin ödəniş şərtləri avtomobilin istehsal tarixinə əsasən dəyişir. Elektrik mühərrikli avtomobillər üçün ilkin ödəniş 20-40%, hibrid avtomobillər üçün 30-50%, daxili yanma mühərrikli avtomobillər üçün isə 40-60% arasında dəyişir. Kredit üzrə komissiya haqqı 1%, ödəniş forması isə annuitet qaydasında həyata keçirilir. Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 15.4%, maksimum isə 27.2% təşkil edir.
Ətraflı məlumat üçün keçid: //afb.az/avtomobil-krediti
Fuad Mədətov
Finss.az