“AFB Bank” ASC əmanət qoyuluşu əsasında kredit kartı almaq imkanı yaradır.
Finss.az xəbər verir ki, müştərilər 500 AZN-dən başlayaraq, əmanət məbləğinin 90%-inədək kredit kartı əldə edə bilərlər. Kredit kartı AZN və ya USD valyutalarında təqdim olunur. Faiz dərəcəsi illik 20%, müddət isə 12 ay təşkil edir. Bu məhsul 18 yaşı tamam olmuş Azərbaycan vətəndaşları və ya qeyri-rezidentlər üçün nəzərdə tutulub. Faktiki illik faiz dərəcəsi (FİFD) 20% təşkil edir.
Ətraflı məlumat üçün keçid: //afb.az/emanet-girovu-ile-kredit-karti
Fuad Mədətov
Finss.az