BANK

29 May

Avtomobil alışı üçün maksimum 59 ay müddətinə kredit təklif olunur

“Bank Avrasiya” ASC 12%-dən başlayan illik faizlə 100,000 AZN-dək avto kredit təklif edir.

Finss.az xəbər verir ki, kredit müddəti maksimum 59 ayadəkdir. Kredit avtomobilin alınması məqsədi ilə verilir və avtomobilin istehsal tarixi 3 ildən artıq olmamalıdır. Kredit məbləği 10,000 AZN-dən başlayır. Yaş məhdudiyyəti 20 ilə 65 arasında müəyyən edilib. Komissiyalar 0-0.5% arasında dəyişir. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi, girovun qiymətləndirilməsi aktı və gəlir mənbələrinə dair arayış tələb olunur.

Ətraflı məlumat üçün keçid: //bankavrasiya.az/retail/loans/avto-kredit/

Fuad Mədətov
Finss.az