Finss.az - Bu ilin yanvar-aprel aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 240,63 milyard manatı, sayı isə 58,5 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmi 7,4 faiz azalıb, sayı isə 11,4 faiz artıb.
Cari ilin ilk dörd ayında AZİPS vasitəsilə 640,3 min əməliyyat üzrə 221,83 milyard manat, XÖHKS vasitəsilə 57,56 milyon əməliyyat üzrə 18,38 milyard manat, AÖS ilə isə 332,7 min əməliyyat üzrə 414,2 milyon manat həcmində ödəniş həyata keçirilib.