BANK

29 May

65 yaşa qədər şəxslərə 10 min dollaradək kredit imkanı yaradılır

"Bank Melli İran"ın Bakı filialı şəxsi istehlak məqsədilə 10 min ABŞ dollarının manat ekvivalentinədək kredit təklif edir.

Finss.az xəbər verir ki, kredit üzrə illik faiz dərəcəsi 12 faizdən başlayır və proqramın müəyyən etdiyi faizlə hesablanır. Kredit müddəti 60 aya qədərdir. Təminat olaraq kredit məbləğindən asılı olmayaraq zaminlərin sayı kredit komitəsi tərəfindən müəyyən edilir. Əgər kredit bank və ya sığorta şirkətinin qarantiyası ilə təmin olunursa, zamin tələbi aradan qalxır. Kreditə müraciət edən şəxsin yaşı maksimum 65 olmalıdır.

Bank bu kredit növü üçün 1 faiz xidmət haqqısı alır.

Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/

Fuad Mədətov
Finss.az