Finss.az - ABŞ banklarının 2025-ci ilin birinci rübündə ümumi xalis mənfəəti 9,1% artaraq 70,6 milyard dollara çatıb.
Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) məlumat verir ki, bu göstərici ölkə bank sektorunda sağlamlaşmanın davam etdiyini göstərir.
Eyni zamanda, kommersiya bankları və əmanət qurumlarının realizə olunmamış zərərləri 20% azalaraq 413,2 milyard dollara düşüb. Bankların sayı rübdə əsasən birləşmə və ələ keçirmələr səbəbindən 25 ədəd azalıb və ümumilikdə 4,462 minə enib. Problemli bankların sayı isə 66-dan 63-ə geriləyib.
Aktivlərin orta rentabelliyi (ROA) 1,16% səviyyəsindədir ki, bu da ötən ilin son rübünə nisbətən artımdır. Faiz marjası isə 3,25% təşkil edib. Bankların xalis faiz gəlirləri azalsa da, qeyri-faiz gəlirləri 7% artıb.
2025-ci ilin birinci rübündə banklar tərəfindən müştərilərə verilən kreditlər 62 milyard dollar artaraq 3% illik artımla davam edib. FDIC-in depozitlərin sığorta fondu isə 140,9 milyard dollara yüksəlib.
Ümumilikdə, ABŞ bank sektoru 2025-ci ilin ilk rübündə dayanıqlılığını və inkişaf tempini qoruyub.