Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) kommunal xidmətlərə çəkdiyi xərclər 74 min manat olub.
Finss.az-ın AMB-yə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilə nisbətən 7 min manat və ya 10,4% çoxdur.
2023-cü ildə isə kommunal xidmətlər üzrə xərclər 67 min manat təşkil etmişdi.
Qeyd edək ki, ötən il AMB-nin ümumi inzibati və digər əməliyyat xərcləri 111,3 milyon manat səviyyəsində olub.
Fuad Mədətov
Finss.az