Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Valyuta Fondu (BVF) qarşısındakı öhdəliklərinin həcmi 2024-cü ilin sonuna 1,175 milyard manat təşkil edib.
Finss.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 37 milyon manat və ya 3,1% azalıb. 2023-cü ilin sonunda öhdəliklərin həcmi 1,212 milyard manat idi.
Hesabat dövründə AMB-nin BVF-dəki cəmi aktivləri isə 1,129 milyard manat olub. Bu göstərici illik müqayisədə 79 milyon manat və ya 6,5% azalıb. 2023-cü ilin sonuna bu məbləğ 1,208 milyard manat təşkil edib.
Fuad Mədətov
Finss.az