BANK

22 May

Zaminliklə 10 min dollara qədər şəxsi istehlak krediti

"Bank Melli İran"ın Bakı filialı şəxsi istehlak məqsədilə zaminlik təminatı ilə kredit təklif edir.

Finss.az xəbər verir ki, kreditin məbləği 10.000 ABŞ dollarının manat ekvivalentinədək müəyyən edilir və illik faiz dərəcəsi 12%-dən başlayır. Kredit müddəti maksimum 60 ayadək nəzərdə tutulur.

Kreditin təminatı kimi zaminlik tələb olunur. Zaminlərin sayı kredit məbləğindən asılı olmayaraq bankın kredit komitəsi tərəfindən müəyyən edilir. Əgər kredit bank və ya sığorta şirkətinin qarantiyası ilə təmin olunarsa, bu halda zamin tələb olunmur.

Kredit müraciətçisinin maksimal yaşı 65-dir. Bankın xidmət haqqısı 1% təşkil edir.

Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/

Fuad Mədətov
Finss.az