"Bank Melli İran"ın Bakı filialı şəxsi istehlak məqsədilə pul vəsaitinin girovu ilə kredit təklif edir.
Finss.az xəbər verir ki, kredit məbləği təqdim olunan depozitin 90%-i qədərdir.
İllik faiz dərəcəsi müddətindən asılı olmayaraq 10%-dir, kredit müddəti isə 60 aya qədər müəyyən edilir. Kreditin təminatı kimi bankda olan cari və ya depozit hesabındakı pul vəsaiti bloklanır; manatla vəsaitin 90%-i, xarici valyutalarda isə (avro, ABŞ dolları) 80%-i girov qoyula bilər.
Kredit müraciətçisi 70 yaşa qədər ola bilər. Bank xidmət haqqısı 1% təşkil edir.
Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/
Fuad Mədətov
Finss.az