Bank Melli İranın Bakı filialı avtomobil almaq istəyənlər üçün avtokredit təklif edir.
Finss.az xəbər verir ki, bu kredit yeni və ikinci əl, yaxşı vəziyyətdə olan avtomobillər üçün nəzərdə tutulub. Kredit məbləği 15 min ABŞ dollarının manat ekvivalenti həddindədir və manatla verilir. İllik faiz dərəcəsi 12%-dən başlayır, müddət isə 60 aya qədərdir. Kreditin təminatı avtomobilin özü olur.
Kredit üçün müraciət edən şəxs ən azı 21 yaşında olmalıdır, valideynlərindən biri zamin olarsa, yaş həddi 18-ə qədər endirilir, maksimum yaş isə 65-dir. Müraciətçinin sürücülük vəsiqəsi olmalıdır. Bank xidmət haqqı 1%-dir.
Avtomobil sığortası kreditin şərti olaraq tələb olunur və sığorta avtomobilin itkilərindən, zədələnmələrindən və üçüncü şəxslərin zərər və ziyanlarından qorumağı əhatə edir. Təminat dəyəri yüksək olduqda sığorta məbləği kredit məbləğinin iki mislindən az olmamalıdır.
İkinci əl avtomobillər Avropa Birliyi ölkələri, ABŞ, Yaponiya və Koreya istehsalı olmalıdır.
Ətraflı məlumat üçün keçid: //bmibaku.az/kreditler-ferdi/
Fuad Mədətov
Finss.az