Azərbaycan Beynəlxalq Bankı ASC qeyri-neft sektorunda fəaliyyət göstərən iri korporativ müştərilərə dəstək məqsədilə "İxraca dəstək" kredit məhsulunu təqdim edir.
Finss.az xəbər verir ki, minimum 100 000 manat məbləğindən başlayan bu kredit ABB-nin daxili vəsaitləri hesabına verilir və ixrac yönümlü fəaliyyətin maliyyələşdirilməsinə xidmət edir.
Kredit məhsulundan öz məhsulunu istehsal edərək xaricə ixrac edən bütün sahibkarlar, o cümlədən bankın yeni müştəriləri də faydalana bilərlər. Maksimal kredit məbləği 10 milyon manatadək, müddəti isə 1 aydan 60 aya qədərdir. Faiz dərəcəsi minimum 8%-dən başlayır. Təminat tələb olunur və komisyon haqqı 0% təşkil edir.
Əlavə olaraq, müştərilərə güzəştli məzənnə, köçürmələr üzrə komissiyasız xidmət və sənədli əməliyyatlara 50%-lik endirim təklif olunur. Kredit üçün əsas tələblərdən biri isə ixraca təşviq sənədinin təqdim edilməsidir. Bu məhsul ixrac imkanlarını genişləndirmək istəyən sahibkarlar üçün əlverişli maliyyə alətidir.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/korporativ/korporativ-kreditler/ixraca-destek-krediti
Fuad Mədətov
Finss.az