BANK

21 May

Daşınar və daşınmaz əmlak təminatı ilə aqrar biznesə kredit imkanı

Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AR AKİA) ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatına dəstək məqsədilə güzəştli aqrokreditlər təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit məhsulu aqrar sahədə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulub və daşınmaz əmlak təminatı ilə verilir.

Kreditin maksimal məbləği 200 min manatdır və müddəti 60 aya qədərdir. Faiz dərəcəsi illik 7% olaraq müəyyən olunub. Kreditdə 24 ayadək güzəşt müddəti tətbiq edilir ki, bu zaman sahibkarlar əsas borcu bu dövrdən sonra bərabər hissələrlə ödəyə bilərlər. Təminat olaraq daşınar və daşınmaz əmlak tələb olunur.

Ödəniş şərtləri standart azalan əsaslı qaydada həyata keçirilir. Bu imkanlar sahibkarlara kənd təsərrüfatı fəaliyyətlərini maliyyələşdirmək və bizneslərini genişləndirmək üçün əlverişli şərait yaradır. Müraciət etmək istəyənlər Azərbaycan Beynəlxalq Bankının filiallarına və yaxud rəsmi saytına müraciət edə bilərlər.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/kicik-ve-orta-biznes/biznes-kreditleri/kend-teserrufatina-destek-krediti

Fuad Mədətov
Finss.az