“Azərbaycan Beynəlxalq Bankı” ASC fərdi sahibkarlar və hüquqi şəxslərə bizneslərini maliyyələşdirmək üçün “Əmanət təminatlı kredit” məhsulunu təklif edir.
Finss.az xəbər verir ki, bu kredit növü vasitəsilə müştərilər əsas və dövriyyə vəsaitlərini artırmaq, eləcə də cari xərclərini qarşılamaq imkanı əldə edirlər. Kredit həm əmanət, həm də cari hesab qalığı əsasında rəsmiləşdirilə bilər. Əmanət təminatlı kreditdə müştəri əmanət məbləğinin 90 faizinə qədər vəsait əldə edə bilir. Müddət əmanət müqaviləsinin bitdiyi tarixədək, lakin maksimum 36 ayadək nəzərdə tutulur. İllik faiz dərəcəsi isə əmanət faizinə əlavə olaraq minimum 3 faizdən başlayır. Cari hesab təminatlı kreditlərdə isə illik faiz dərəcəsi birbaşa 3 faizdən başlayır. Kredit AZN, USD və EUR valyutalarında təqdim olunur. Ödəniş forması kimi aylıq annuitet və ya azad (yalnız faizlərin aylıq ödənilməsi, əsas borcun isə müddət ərzində hissə-hissə və ya yekunda ödənilməsi) seçimi mövcuddur. Xidmət haqqı 1 faizə qədər müəyyən edilib.
Bu kredit məhsulu sahibkarlara öz vəsaitlərini itirmədən əlavə maliyyə imkanı əldə etməyə şərait yaradır.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/ferdi/kreditler/avtomobil-krediti
Fuad Mədətov
Finss.az