“Azərbaycan Beynəlxalq Bankı” ASC müştərilərə bank kartları üzrə 5 000 manatadək kredit limiti təqdim edir.
Finss.az xəbər verir ki, bu imkan VISA və ya MasterCard kart sahibləri üçün keçərlidir.
Kredit limiti 12 ayadək müddətə verilir. Təminat məsələsi fərdi qaydada, kredit məbləğindən asılı olaraq müəyyən olunur və zaminlik tələb oluna bilər.
Faiz dərəcələri aşağıdakı kimidir:
- Güzəşt müddəti olmadan – milli valyutada 24%, xarici valyutada 18%;
- Güzəşt müddəti ilə (VISA və MasterCard) – milli valyutada 28%, xarici valyutada 22%, güzəşt müddəti 30 günədək;
- Güzəşt müddəti ilə (VISA Infinite PayWave, MasterCard World Elite PayPass və ya American Express) – illik faiz 28%, güzəşt müddəti isə 45 günədəkdir.
Bu kredit limiti gündəlik xərclərini daha rahat idarə etmək istəyən kart sahibləri üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/ferdi/kreditler/avtomobil-krediti
Fuad Mədətov
Finss.az