BANK

21 May

Əmanətinizin 70%-dək hissəsini nağd pula çevirin: Təhlükəsiz maliyyələşmə

“Azərbaycan Beynəlxalq Bankı” ASC əmanət hesabı olan müştərilər üçün sərfəli şərtlərlə nağd kredit təklif edir.

Finss.az xəbər verir ki, müştərilər əmanətlərinin 70%-dək məbləğində, maksimum 50 000 AZN/USD/EUR həcmində nağd kredit əldə edə bilərlər.

Kredit üzrə komissiya cəmi 0.5% təşkil edir. Faiz dərəcəsi milli valyutada əmanətin faizinə əlavə 5%, xarici valyutada isə əlavə 3% olaraq hesablanır. Kredit yalnız əmanətin valyutası ilə verilir və müddəti depozitin bitmə tarixindən uzun ola bilməz (maksimum 5 ilədək).

Əsas borcun ödənişi kreditin sonunda, faizlərin ödənişi isə aylıq həyata keçirilir. Təminat kimi borcalanın adına rəsmiləşdirilmiş depozit vəsaiti çıxış edir.

Bu kredit məhsulundan 18 yaşdan yuxarı olan şəxslər yararlana bilər. Tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd və əmanət müqaviləsi daxildir.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/ferdi/kreditler/emanetci-nagd-krediti

Fuad Mədətov
Finss.az