BANK

20 May

20-70 yaş arası şəxslərə 0%-lə 1000 AZN-dək sürətli dəstək

“Azərbaycan Beynəlxalq Bankı” əməkhaqqı və ya pensiya alan müştərilərinə avans kredit xətti təqdim edir.

finss.az xəbər verir ki, bu məhsul təcili xərclərin qarşılanması üçün nəzərdə tutulub və 0% illik faiz dərəcəsi ilə təklif olunur. Avans kreditindən istifadə zamanı yalnız 5% komissiya (minimum 2 AZN) tətbiq edilir.

Avans kreditinin maksimal məbləği 1000 AZN-dir. Güzəşt müddəti 40 günədəkdir və növbəti dövrlərdə hər ayın 10-u 5% komissiya ilə yenilənir. Kredit 36 ayadək müddətə, zaminsiz və girovsuz təqdim edilir.

Avans kreditindən yalnız ABB-nin kartları ilə maaş və ya pensiya alan, 20 yaşdan 70 yaşadək olan şəxslər faydalana bilər. Məhsulu ABB Mobile tətbiqi vasitəsilə əldə etmək və ödənişləri tətbiq üzərindən, avtomatik olaraq maaşdan tutulma ilə və ya ABB terminalları vasitəsilə həyata keçirmək mümkündür.

Ətraflı məlumat üçün keçid: //abb-bank.az/az/avans-kredit-xetti

Fuad Mədətov
Finss.az