Kapital Bank Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (ARİKZF) vəsaiti hesabına sərfəli ipoteka krediti təklif edir.
finss.az xəbər verir ki, bu kredit növü ilə çıxarışlı mənzillərin alınması mümkün olur.
Kredit üzrə ilkin ödəniş məbləği 15%-dən başlayır, maksimal kredit limiti isə 150 000 AZN təşkil edir. İllik faiz dərəcəsi isə 7%-dən başlayaraq, digər ipoteka məhsullarına nisbətən daha əlverişli şərtlər təqdim edir.
Kapital Bankın bu xidməti sayəsində vətəndaşlar daha münasib şərtlərlə mənzil əldə etmək imkanı qazanırlar.
Ətraflı məlumat üçün keçid: //ipoteka.birbank.az/az/mortgage/government/item/6
Fuad Mədətov
Finss.az