Kapital Bank çıxarış sənədi və təyinatı yaşayış sahəsi olan torpaq sahələrinin alınması üçün ipoteka krediti təqdim edir.
Finss.az xəbər verir ki, kredit bankın daxili vəsaiti hesabına verilir.
Müştərilər üçün minimum 15% ilkin ödəniş tətbiq olunur. Kredit məbləği 15 000 AZN-dən 150 000 AZN-ə qədər, illik faiz dərəcəsi isə 17.5%-dən başlayaraq müəyyən olunur.
Bu məhsul, fərdi yaşayış evi tikmək məqsədilə torpaq almaq istəyən şəxslər üçün əlverişli maliyyə həlli təqdim edir.
Ətraflı məlumat üçün keçid: //ipoteka.birbank.az/az/mortgage/internal/item/65
Fuad Mədətov
Finss.az