Kapital Bank icarədarlar, repetitorlar, ticarətçilər, peşə sahibləri və digər qeyri-ənənəvi gəlir mənbəyi olan şəxslər üçün ipoteka krediti təqdim edir.
Finss.az xəbər verir ki, bu məhsul həm VÖEN-lə fəaliyyət göstərən, həm də VÖEN-siz fərdi sahibkarlar üçün nəzərdə tutulub.
İpoteka krediti daxili vəsait hesabına verilir. İlkin ödəniş məbləği 15%-dən, illik faiz dərəcəsi isə 16.5%-dən başlayır. Kreditin məbləği 20 000 AZN-dən 500 000 AZN-dək dəyişir.
Bu kredit növü qeyri-formal gəlirə malik şəxslərin mənzil sahibi olmasına şərait yaradır.
Ətraflı məlumat üçün keçid: //ipoteka.birbank.az/az/mortgage/internal/item/3
Fuad Mədətov
Finss.az