Kapital Bank kiçik bizneslə məşğul olan şəxslər üçün 1 000 AZN-dən 100 000 AZN-dək məbləğdə mikro kreditlər təqdim edir.
Finss.az xəbər verir ki, kreditlər illik 16%-dən başlayan faiz dərəcəsi ilə, maksimum 36 ay müddətinə verilir. Ödənişlər annuitet üsulu ilə həyata keçirilir.
Mikro kredit məhsulu çərçivəsində müştərilər girovsuz və zaminsiz maliyyələşmə imkanı əldə edirlər. Kredit əldə etmək üçün filiallara getməyə ehtiyac yoxdur – yaşayış yerinə vizit edilmədən rəsmiləşdirmə mümkündür.
Müştərilər, həmçinin geniş filial şəbəkəsi vasitəsilə onlara ən yaxın filialdan xidmət ala və kredit ödənişində güzəştli aylardan yararlana bilərlər.
Ətraflı məlumat üçün keçid: //www.kapitalbank.az/loans/mikro-biznes-kreditleri/mikro-kredit
Fuad Mədətov
Finss.az