BANK

16 May

Xarici ticarətlə məşğul olan sahibkarlara 8%-dən başlayan kredit imkanı

"Xalq Bank" ASC beynəlxalq ticarətlə məşğul olan sahibkarlar və şirkətlər üçün akkreditiv təyinatlı kredit xətti məhsulu təklif edir.

Finss.az xəbər verir ki, bu məhsul xarici ticarət əməliyyatlarının risksiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.

Kredit xətti 500 000 AZN və ya 300 000 ABŞ dolları məbləğində müəyyən edilir. Akkreditiv üzrə ödəniş tarixindən etibarən 4 ay müddətinə verilir. Faiz dərəcəsi manatla 8%, dollarla isə 4% təşkil edir.

Bu məhsul sahibkarlara aşağıdakı üstünlükləri təqdim edir:

  • Ənənəvi kreditlərlə müqayisədə daha aşağı faiz dərəcəsi və ucuz maliyyə resursu;
  • Faiz ödənişlərində əldə olunan qənaət;
  • Yalnız fakt əsasında ödəniş edilməsi nəticəsində satıcı ilə daha sərfəli şərtlərlə razılaşmaq imkanı;
  • Malın çatdırılması və müqavilənin icrasına nəzarət imkanları ilə ticarət risklərinin azaldılması.

Akkreditiv mexanizmi alıcının maraqlarını qorumaqla yanaşı, satıcıya da ödəniş zəmanəti yaradır. "Xalq Bank" bu məhsulla yerli və xarici tərəfdaşlar arasında etibarlı maliyyə aləti təqdim edərək, beynəlxalq ticarət münasibətlərində sabitliyi və şəffaflığı artırmağa çalışır.

Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/kreditler/kampaniyalar/333

Fuad Mədətov
Finss.az