"Yelo Bank" ASC Sahibkarlığın İnkişafı Fondunun (SİF) dəstəyi ilə sahibkarlara 5 000 AZN-dən 10 000 000 AZN-dək kreditlər təqdim edir.
Finss.az xəbər verir ki, kredit müddəti 120 aya qədər, illik faiz dərəcəsi isə 5% səviyyəsində müəyyən olunub.
Kredit üzrə komissiya dərəcəsi 1-3%, güzəşt müddəti isə 12 aya qədərdir. Təminat kimi daşınar və daşınmaz əmlak, biznes avadanlığı və zaminlik qəbul edilir.
Girovsuz kredit limiti 30 000 AZN-dəkdir. Kredit üçün tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi, VÖEN və layihənin həyata keçirildiyi yerə dair hüquqları təsdiq edən sənəd (çıxarış və ya icarə müqaviləsi) yer alır.
Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 5.35%-dən maksimum 29.97%-ə qədər dəyişir.
Bankdan bildirilib ki, bu kredit məhsulu sahibkarlığın inkişafı və biznesin genişləndirilməsi üçün əlverişli maliyyə imkanları yaradır.
Ətraflı məlumat üçün keçid: //www.yelo.az/az/business/loans/sif/
Fuad Mədətov
Finss.az