"Yelo Bank" ASC mikro biznes sahiblərinə işindən ayrılmadan 5 000 manatadək limitlə kredit kartı almaq imkanı təqdim edir.
Finss.az xəbər verir ki, kredit kartı zaminsiz və girovsuz verilir.
Kart üzrə yalnız istifadə olunan məbləğə aylıq 2.33% faiz hesablanır. Faktiki illik faiz dərəcəsi (FİFD) 28% təşkil edir.
Bankın məlumatına görə, bu məhsul sahibkarlara çevik maliyyə dəstəyi vermək və biznes fəaliyyətini fasiləsiz davam etdirmək üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/kreditler/kampaniyalar/333
Fuad Mədətov
Finss.az