BANK

14 May

Elektron pul təşkilatının rəhbəri dəyişdirilib

Finss.az - Azərbaycanda fəaliyyət göstərən elektron pul təşkilatı “Payriff” Qapalı Səhmdar Cəmiyyətində rəhbərlik dəyişikliyi baş verib.

Banker.az xəbər verir ki, təşkilatın həmtəsisçilərindən biri olan Türkan Fərzəliyeva Yusif qızı direktor vəzifəsindən ayrılıb. Onun yerinə şirkətin digər həmtəsisçisi və əsas fiqurlarından sayılan Xəyal Məmmədov Elşən oğlu təyin olunub. Qeyd edək ki, Xəyal Məmmədov “Payriff”in yaranmasından bəri idarəetmədə fəal iştirak edib.

“Payriff” QSC 2021-ci ildə təsis edilsə də, yalnız Azərbaycan Mərkəzi Bankının 2024-cü ildən bu bazara nəzarət mandatı əldə etməsindən sonra lisenziya alaraq fəaliyyətini rəsmi şəkildə davam etdirir. Hazırda şirkətin nizamnamə kapitalı 2 452 500 manat təşkil edir.

Rəsmi sənədlərə əsasən, şirkətin publik olaraq açıqlanan yalnız iki həmtəsisçisi var: Türkan Fərzəliyeva və Xəyal Məmmədov.

Qeyd edək ki, Mərkəzi Bank 2024-cü ilin may ayında “Payriff” QSC-yə məcmu kapitalın minimum tələbinin pozulmasının aradan qaldırılması və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi olan göstəriş verib. Bu addım, maliyyə sektorunda sabitlik və şəffaf idarəetmə prinsiplərinin gücləndirilməsi məqsədi daşıyır.