BANK

12 May

Biznesə çevik dəstək: Sahibkarlar üçün fərdi şərtlərlə kredit xətti

"Azər Türk Bank" ASC biznes subyektləri üçün çevik və fərdi yanaşmaya əsaslanan biznes kredit xətti məhsulu təqdim edir.

Finss.az xəbər verir ki, bu kredit məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan qısamüddətli maliyyə tələbatını qarşılayır və təyin olunmuş limit çərçivəsində kredit vəsaitlərindən tam və ya hissəvi şəkildə istifadə etməyə, həmin vəsaitləri istənilən vaxt geri ödəyərək təkrar istifadə etməyə imkan verir.

Əsas şərtlər:

  • Müddət: 36 ayadək
  • Valyuta: AZN və USD
  • Sifariş: Onlayn və sürətli
  • Kreditin təyinatı: Sahibkar fiziki və hüquqi şəxslərin biznes ehtiyaclarının maliyyələşdirilməsi və dövriyyə vəsaitlərinin artırılması

Kreditin faiz dərəcəsi, ödəniş forması (annuitet, azalan, müddət sonunda və s.), xidmət haqları və digər şərtlər müştərinin təqdim etdiyi sifarişə əsasən bankın müvafiq idarəetmə orqanı tərəfindən fərdi qaydada müəyyən olunur.

Bu məhsul maksimum çeviklik və rahatlıq axtaran sahibkarlar üçün nəzərdə tutulub.

Ətraflı məlumat üçün keçid: //atb.az/kredit-xetti/

Fuad Mədətov
Finss.az