BANK

08 May

Layihə kreditləri ilə şirkətlərin biznes inkişafına dəstək

"Ziraat Bank Azərbaycan" ASC, şirkətlərin investisiya layihələrini maliyyələşdirmək üçün Layihə Kreditləri təklif edir.

Finss.az xəbər verir ki, bank, şirkətlərə inkişaf etdirmək istədikləri proyektlər üçün maliyyə dəstəyi göstərir və investisiya layihələrinin həyata keçirilməsinə kömək edir. Məqsəd, şirkətlərin maliyyə ehtiyaclarını qarşılayaraq, onların biznes inkişafını dəstəkləməkdir.

Bu kreditlər, şirkətlərin müxtəlif layihələrini reallaşdırmaq üçün əlavə maliyyə mənbəyi təmin edir və onların uğurlu fəaliyyətini stimullaşdırır.

Ətraflı məlumat üçün keçid: //ziraatbank.az/az/layihe-krediti

Fuad Mədətov
Finss.az