Ziraat Bank Azərbaycan, fərdi sahibkarlar və hüquqi şəxslərin biznes ehtiyaclarını maliyyələşdirmək məqsədilə kiçik və orta biznes kreditləri təqdim edir.
Finss.az xəbər verir ki, bu kreditlər biznesin inkişafını dəstəkləyir və fəaliyyətin müxtəlif sahələrində istifadə oluna bilər.
Kreditləşmə məqsədləri:
- Əsas vəsaitlərin alınması: Biznesinizin inkişafı və genişlənməsi üçün yeni avadanlıq, texnologiya və digər əhəmiyyətli alətlər.
- Dövriyyə vəsaitlərinin artırılması: Ticarət, istehsal və digər əməliyyatlar üçün lazım olan əlavə maliyyə resursları.
Xidmətin üstünlükləri:
- Sərfəli faiz dərəcələri: Biznes kreditləri, kiçik və orta sahibkarlara əlverişli faiz dərəcələri ilə təqdim olunur.
- Güzəşt müddəti və ya ödəniş planı: Kreditlərdə güzəşt müddəti və ya biznesin fəaliyyətinə uyğun ödəniş planı seçimi.
- Paralel kreditlər: Fərdi sahibkarlara və hüquqi şəxslərə paralel kreditlər təqdim olunur.
- Uzunmüddətli maliyyələşmə resursu: Sərfəli şərtlərlə uzunmüddətli maliyyələşmə əldə etmək imkanı.
- Fərqli kreditləşmə növləri: Birdəfəlik və ya tranşlarla kredit variantları mövcuddur.
- Rahat geri ödəniş cədvəli: Aylıq annuitet və ya individual cədvəl əsasında ödəniş seçimləri.
Bu xidmət, kiçik və orta bizneslərin inkişafına və böyüməsinə kömək etmək məqsədilə, fərdi yanaşma və elverişli şərtlərlə maliyyə dəstəyi təqdim edir.
Ətraflı məlumat üçün keçid: //ziraatbank.az/az/kichik-ve-orta-biznes-krediti
Fuad Mədətov
Finss.az